İran ərəblərindən Azərbaycana dəstək: Tehrana sərt çağırış
Əhvaz Xalq Demokratik Cəbhəsi İranı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə və dini inanclardan siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib. Təşkilat Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
Ceyhun Bayramov: “Azərbaycan düşmənçilik səhifəsini çevirmək qərarına gəlib”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında bildirib ki, Bakı Ermənistanla uzunmüddətli münaqişənin ardından gələcəyə baxmaq və münasibətlərdə düşmənçilik səhifəsini çevirmək qərarına gəlib.