Ermənistanın xarici kəşfiyyat rəhbəri Bakıya gəlib?
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryanın IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyi barədə məlumat yayılıb. Onun səfəri ilə bağlı rəsmi təsdiq hələlik əldə olunmayıb.
“Iran Air” Bakı reyslərinin davam etdiyini açıqlayıb
“Iran Air” aviaşirkəti Bakı, İstanbul və Nəcəf istiqamətlərində uçuşlarını mövcud cədvəl üzrə davam etdirdiyini bildirib. Şirkətin açıqlamasına görə, reyslərin dayandırılması barədə rəsmi bildiriş daxil olmayıb.