Hakan Fidan: “Türkiyə və ABŞ Azərbaycan–Ermənistan sülh prosesini dəstəkləyir”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verdiklərini bildirib. Nazir Qara dənizdə gərginliyin azaldılması və gəmiçilik təhlükəsizliyinin təmin edilməsinin vacibliyini də vurğulayıb.

12

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bildirib. Nazir iki ölkə arasındakı əməkdaşlığın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və Qara dənizdə gərginliyin azaldılmasına töhfə verə biləcəyini qeyd edib.

MSNews.az xəbər verir ki, Fidan bu barədə sentyabrın 21-də Nyu-Yorkda keçirilən “100-cü ilə qədəm qoyan Türkiyə–ABŞ münasibətləri” adlı paneldə çıxışı zamanı danışıb.

Türkiyənin xarici işlər naziri Ankara ilə Vaşinqtonun Yaxın Şərq, Qafqaz və Balkanlar da daxil olmaqla müxtəlif regionlarda əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyi bu əməkdaşlığın regional istiqamətlərindən biri kimi qeyd edib.

Fidan Qara dənizdə hərbi gərginliyin artması risklərinin azaldılmasını və gəmiçilik təhlükəsizliyinin təmin edilməsini də mühüm vəzifələr sırasında göstərib. Nazir bildirib ki, məqsəd Qara dənizin qarşıdurma mənbəyi deyil, beynəlxalq əməkdaşlıq məkanına çevrilməsidir.

Türkiyəli nazir Ukraynada davamlı sülhə nail olmaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ankara bu istiqamətdə həm Kiyev, həm də Moskva ilə əlaqə kanallarını açıq saxlayır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.