Tramp və Zelenski Nyu-Yorkda görüşüblər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyası çərçivəsində görüşü barədə məlumat yayılıb. Tərəflərin müharibənin başa çatdırılması, mümkün razılaşma və Rusiyanın neft emalı infrastrukturuna zərbələri müzakirə etdikləri bildirilir.

20

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Yayılan məlumata görə, liderlər Ukraynadakı müharibənin başa çatdırılması imkanlarını və Rusiyanın neft emalı infrastrukturuna endirilən zərbələrin təsirini müzakirə ediblər.

MSNews.az xəbər verir ki, görüşlə bağlı yayılan açıqlamalarda Zelenskinin müharibənin qışa qədər başa çatmasına ümid etdiyini və bu prosesdə Trampın köməyinə ümid bəslədiyini bildirdiyi qeyd olunur. Tramp isə mümkün razılaşmanın şərtlərini əvvəlcədən açıqlamaq istəmədiyini deyib.

Görüşün əsas mövzularından biri Ukraynanın Rusiya ərazisindəki neft emalı müəssisələrinə zərbələri olub. Tramp daha əvvəl bu hücumların dizel yanacağının qlobal təchizatına və qiymətlərinə təsirindən narahatlığını ifad edərək Zelenskini neft emalı obyektlərinə zərbələri dayandırmağa çağırmışdı. “Reuters”in məlumatına görə , Nyu-York görüşü ərəfəsində enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması məsələsi də müzakirə olunurdu.

Zelenski isə daha əvvəl Ukraynanın enerji infrastrukturu və digər mühüm obyektlərinə Rusiya zərbələrinin dayandırılması müqabilində Kiyevin də gərginliyi azaltmağa yönəlmiş addımlar ata biləcəyini bildirmişdi. Tərəflər arasında enerji obyektlərinə hücumların dayandırılmasına dair yekun razılaşma əldə edildiyi təsdiqlənməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.