Ermənistanın xarici kəşfiyyat rəhbəri Bakıya gəlib?

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryanın IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyi barədə məlumat yayılıb. Onun səfəri ilə bağlı rəsmi təsdiq hələlik əldə olunmayıb.

29

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryanın IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyi barədə məlumat yayılıb. Məlumata əsasən, o, sentyabrın 22-də səhər saatlarında Bakıya çatıb.

MSNews.az xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumu müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirir. Forumda qlobal təhlükəsizlik çağırışları və terrorçuluğa qarşı əməkdaşlıq mexanizmləri müzakirə olunur.

Bununla belə, Qriqoryanın Bakıya gəlişi və forumda iştirakı barədə ayrıca rəsmi təsdiq əldə olunmayıb. Onun səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüş keçirib-keçirməyəcəyi barədə də məlumat açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.