Depayı dəstəkləyən Frimponq özü DÇ-2026-dan kənarda qaldı

Niderland millisinin DÇ-2026 heyətində Memfis Depay yer alsa da, Jeremi Frimponq siyahıya daxil edilməyib. Maraqlıdır ki, Frimpong heyət açıqlanmazdan əvvəl Depayın mundiala aparılmasını istədiyini demişdi.

28

Niderland millisinin 2026-cı il dünya çempionatı üçün açıqlanan yekun heyəti maraqlı detal ilə gündəmə gəlib.

Baş məşqçi Ronald Kumanın açıqladığı 26 nəfərlik siyahıda Memfis Depay yer alsa da, müdafiəçi Jeremi Frimponq mundial heyətindən kənarda qalıb. Halbuki heyətin elanından cəmi iki gün əvvəl Frimponqdan Depayın milliyə çağırılıb-çağırılmaması barədə soruşulmuşdu.

Sosial şəbəkələrdə yayılan müsahibə fraqmentində Frimponq Depayın komandaya aparılmasını istədiyini bildirib: “Ümid edirəm ki, o, bizimlə gedəcək. Memfis komandanın vacib parçasıdır və möhtəşəm oyunçudur”.

Qısa müddət sonra isə Ronald Kumanın qərarı açıqlanıb: Depay heyətə daxil edilib, Frimponq isə mundialdan kənarda qalıb.

Reuters” yazır ki, Niderland millisinin heyətində Memfis Depay və Yurrien Timber zədə narahatlıqlarına baxmayaraq yer alıblar. Bununla belə, Jeremie Frimponq siyahıya salınmayan diqqətçəkən futbolçulardan biri olub.

Associated Press”in məlumatına görə, Depay zədədən sonra mundial heyətinə daxil edilib. 32 yaşlı hücumçu Niderland millisinin tarixində ən çox qol vuran futbolçudur və 108 oyunda 55 qol vurub.

NOS” isə Kumanın qərarında ən diqqətçəkən məqamlardan birinin məhz Frimponqun heyətdən kənarda qalması olduğunu yazıb. Niderland mənbəsinə görə, Marten de Ron, Depay və Yurrien Timber siyahıya daxil edilsə də, Frimponq mundiala aparılmayacaq.

Kuman Depayın fiziki durumuna da ayrıca toxunub. “Reuters”in məlumatına görə, baş məşqçi Depayın dünya çempionatına qədər öz formasını sübut etməli olduğunu bildirib. Depay son aylarda “Korintians”da az oyun praktikasına malik olsa da, Kuman onun səviyyəsində futbolçunu fiziki cəhətdən hazır olduğu halda kənarda qoymağın mümkün olmadığını deyib.

Beləliklə, Frimponqun Depayla bağlı dəstək xarakterli açıqlaması Niderland heyətinin elanından sonra sosial şəbəkələrdə ironik şəkildə gündəm olub: Depay mundiala gedir, onu dəstəkləyən Frimponq isə siyahıdan kənarda qalır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930