Regionlarda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı problemlər

Regionlarda bələdiyyə torpaqlarının qiymətləndirilməsi və sənədləşdirilməsində yaranan qiymət fərqləri vətəndaş narazılığı yaradır. Ekspertlər sahədə şəffaflığın artırılmasının vacibliyini vurğulayır.

333

Regionlarda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı problemlər müşahidə olunur.

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi və sənədləşdirilməsi mərhələsində müəyyən problemlərin yarandığı bildirilir. Xüsusilə torpaqların satışa çıxarılması və vətəndaşlar tərəfindən sənədləşdirilməsi prosesində qiymət fərqləri diqqət çəkir.

Qanuna əsasən, bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzində sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilir. Torpaq sahələri satışa çıxarılanda və ya sənədləşdirilərkən müstəqil qiymətləndiricilər tərəfindən rəsmi rəy hazırlanır.

Lakin bir sıra hallarda regionlarda bələdiyyələrin sifarişi ilə müəyyən edilən qiymətlər sonradan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, qanunvericiliyə əsasən sertifikatlı qiymətləndiricilərin rəyi hüquqi qüvvəyə malikdir və inzibati qaydada qiymətin dəyişdirilməsi düzgün deyil.

Ekspert qeyd edib ki, qiymətlərin süni şəkildə artırılması vətəndaşların torpaqlarını rəsmiləşdirməyə marağını azaldır və nəticədə sənədsiz torpaq problemi dərinləşir. Bu yanaşma həm də dövlət büdcəsinə daxilolmalara mənfi təsir göstərir.

Fərid Rüstəmov vurğulayıb ki, sahədə şəffaflığın təmin olunması və normativ aktların birmənalı tətbiqi həm vətəndaş hüquqlarının qorunması, həm də torpaq bazarında sabitliyin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.