Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
MSNews.az xəbər verir ki, görüş Azərbaycan Prezidentinin Türkmənistana işgüzar səfəri çərçivəsində baş tutub.
İlham Əliyev və Məsud Pezeşkian həmin gün Türkmənbaşı şəhərində keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak ediblər. İran Prezidenti MDB Dövlət Başçıları Şurasının iclası ilə bağlı tədbirlərdə xüsusi qonaq qismində iştirak edib.
Azərbaycan və İran prezidentlərinin görüşünün konkret gündəliyi, müzakirə olunan məsələlər və mümkün razılaşmalar barədə rəsmi açıqlamada əlavə məlumat verilməyib.
Qeyd edək ki, İlham Əliyevlə Məsud Pezeşkian bundan əvvəl avqustun 31-də də görüşmüşdülər.






