Azərbaycan millisi İtaliyanı 3:0 məğlub edərək pley-offa çıxdı

Azərbaycan minifutbol millisi Avropa çempionatının "F" qrupunda İtaliyanı 3:0 hesabı ilə məğlub edib və qrup mərhələsinin bitməsinə bir tur qalmış pley-offa yüksəlib.

30

Azərbaycan minifutbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda “F” qrupundakı ikinci oyununda İtaliya millisini 3:0 hesabı ilə məğlub edib. “Tipos Arena”da keçirilən qarşılaşmada Azərbaycan millisinin qollarını Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Bu qələbədən sonra Azərbaycan millisi xallarının sayını 6-ya çatdırıb və qrup mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa vəsiqəni təmin edib.

Azərbaycan yığması turnirə də qələbə ilə başlamışdı. Komandamız ilk turda Avstriya millisini 1:0 hesabı ilə məğlub edib.

Qrupun digər oyununda Fransa Avstriyaya 3:1 hesabı ilə qalib gəlib. İki turdan sonra Azərbaycan “F” qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü, Avstriya isə xalsız sonuncu pillədə qərarlaşıb.

Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar və ən yaxşı dörd üçüncü yer sahibi pley-off mərhələsinə yüksəlir.

Azərbaycan millisi qrup mərhələsində son oyununu mayın 30-da Fransa yığmasına qarşı keçirəcək. Bu qarşılaşma qrup liderliyinin taleyi baxımından həlledici olacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930