Azadlıq Heykəli fırtınaya tab gətirmədi

Braziliyanın Quaiba şəhərində güclü fırtına 40 metr hündürlüyündə Azadlıq Heykəlinin kopyasını dağıtdı. Hadisədə xəsarət alan olmayıb.

190

Braziliyanın cənubunda yerləşən Quaiba şəhərində bazar ertəsi günortadan sonra müşahidə olunan şiddətli fırtına nəticəsində 40 metr hündürlüyündə Azadlıq Heykəlinin  kopyası aşıb.

ABŞ-dakı məşhur Azadlıq Heykəlinin replikası olan qurğu bir mağazanın avtodayanacağında, fest-fud obyektinin yaxınlığında yerləşirdi. Hadisə zamanı xəsarət alan olmadığı bildirilib.

Güclü küləyin təsiri nəticəsində heykəl əvvəlcə yana doğru əyilib, daha sonra konstruksiyadan qoparaq yerə çırpılıb və tamamilə parçalanıb. Hadisə anları ətrafdakı şəxslər tərəfindən video görüntülərə alınıb.

Mağaza rəhbərliyi açıqlamasında bildirib ki, heykəl 2020-ci ildən etibarən həmin ərazidə quraşdırılmışdı və mütəmadi olaraq texniki baxımdan keçirilirdi.

Hadisədən dərhal sonra müştərilərin və işçilərin təhlükəsizliyi üçün ərazi bağlanıb. Mütəxəssis qruplar qısa müddət ərzində əraziyə cəlb olunaraq dağıntı qalıqlarının təmizlənməsi işlərinə başlayıblar.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.