Britaniyalı sahibkar Rusiyada sovet saat brendini dirçəldib

Britaniyalı iş adamı David Henderson-Styuart Rusiyanın Raketa saat brendini dirçəldərək lüks bazara çıxarıb. Şirkət Putin faktoru və sanksiyalar fonunda satışlarını artırıb.

10

“Raketa” saat zavodunu dirçəldən britaniyalı sahibkar David Henderson-Styuart bu markanı yenidən qlobal lüks bazara çıxarmağı bacarıb.

“Reuters” xəbər verir ki, bir vaxtlar tənəzzül yaşayan müəssisə bu gün “Made in Russia” konsepti ilə yüksək seqmentdə fəaliyyət göstərir.

Henderson-Styuart zavodu 2010-cu ildə tərəfdaşı ilə birlikdə əldə edib. O vaxt müəssisədə cəmi bir neçə ustanın köhnə avadanlıqla işlədiyi bildirilir. Halbuki sovet dövründə zavodda minlərlə işçi çalışır, həm kosmonavtlar, həm də geniş kütlə üçün saatlar istehsal olunurdu.

Yeni rəhbərlik altında “Raketa” brendi strategiyasını dəyişərək premium seqmentə yönəlib. Saatlar əsasən sovet dizaynları əsasında hazırlanır və qiymətləri təxminən 700–3500 dollar arasında dəyişir. Şirkət komponentlərin böyük hissəsini daxildə istehsal etdiyini bildirir ki, bu da sanksiyalar fonunda mühüm üstünlük sayılır.

Şirkətin inkişafına diqqət çəkən məqamlardan biri də Vladimir Putin faktorudur. Bildirilir ki, prezident 2022-ci ildən etibarən şirkətin xüsusi xətti olan “Imperial Peterhof Factory” saatını taxmağa başlayıb. Bu isə yerli bazarda brendə marağı artırıb və satışlara müsbət təsir göstərib.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində xarici lüks markaların bazardan çıxması yerli istehsalçılar üçün imkan yaradıb. “Raketa” də bu şəraitdə daxili tələbatın artmasından faydalanıb, eyni zamanda Avropa və Yaxın Şərq bazarlarına satışlarını davam etdirə bilib.

Rəsmi məlumatlara görə, şirkət 2025-ci ildə 109 milyon rubl (təxminən 1,43 milyon dollar) mənfəət əldə edib ki, bu da əvvəlki illə müqayisədə 15 faizdən çox artım deməkdir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.