“Uşaq Avroviziyası-2025” yekunlaşdı – qalib bəlli oldu

Fransa "Uşaq Avroviziyası-2025" müsabiqəsinin qalibi oldu. Lou Deleuze “Ce Monde” mahnısı ilə Fransaya dördüncü qələbəni qazandırdı.

Fransa “Uşaq Avroviziyası-2025”-in qalibi olub. Ölkəni təmsil edən Lou Deleuze “Ce Monde” adlı mahnısı ilə birinci yeri qazanaraq Fransaya bu müsabiqədə dördüncü qələbəsini gətirib.

Bununla da, Fransa ev sahibi Gürcüstanla birlikdə “Uşaq Avroviziyası” tarixində ən çox qalib olan ölkələr sırasına qoşulub.

Müsabiqə Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Olimpiya Şəhərciyinin Gimnastika Sarayında Gürcüstan İctimai Yayımçısı (GPB) tərəfindən canlı yayımlanıb. Yarışmada 18 ölkədən 51 gənc ifaçı (9–14 yaş arası) səhnəyə çıxıb. Xorvatiya, Monteneqro və Azərbaycan bir neçə illik fasilədən sonra müsabiqəyə yenidən qatılan ölkələr arasında olub.

Lou Deleuze erkən yaşına baxmayaraq güclü səhnə xarizması və emosional ifası ilə seçilib. Müğənni və bəstəkar olan Lou musiqi ilə zəngin ailədə böyüyüb, eyni zamanda, aktyorluq fəaliyyəti ilə də tanınır. O, 7 yaşından etibarən bir sıra film və seriallarda çəkilib, “Incroyable Talent” televiziya proqramındakı çıxışı ilə də diqqət mərkəzinə düşüb.

Lou Deleuze

“Ce Monde” mahnısı Lou üçün xüsusi olaraq fransız musiqi səhnəsinin yüksələn ulduzu Linh tərəfindən yazılıb. Mahnının sözləri və musiqisi gənc nəslin narahatlıqlarını və ümidlərini əks etdirir.

Qalib ölkə növbəti il müsabiqəyə avtomatik ev sahibliyi etmir. Avropa Yayım İttifaqı (EBU) yaxın həftələrdə üzv yayımçılarla birlikdə 2026-cı ilin ev sahibi ölkəsini elan edəcək.

Səsvermədə iştirakçı ölkələrlə yanaşı 170-dən çox digər ölkənin tamaşaçıları onlayn səsvermə yolu ilə qalibi müəyyənləşdirib. Səslərin 50 faizi münsiflər heyətinin, 50 faizi isə tamaşaçıların payına düşüb. Onlayn səsvermədə milyonlarla etibarlı səs qeydə alınıb.

“Uşaq Avroviziyası-2025” yüksək texniki səviyyəsi ilə də seçilib. Müsabiqə tarixdə ilk dəfə 1080p / 50 fps formatında yayımlanıb, səhnədə yüzlərlə LED ekran, onlarla kamera və minlərlə işıq avadanlığı istifadə olunub.

Qeyd edək ki, mahnı müsabiqəsində Azərbaycanı “Miau Miau” mahnısı ilə Yağmur təmsil edib. Səsvermə mərhələsində Azərbaycan tərəfindən erməni təmsilçiyə 3 xal göndərilib, lakin qarşı tərəfdən bizim təmsilçimizə heç bir xal verilməyib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.