İran səfirinə itlər hücum etdi – Ayağı sındı

İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalıb. Diplomat heyvanlardan qorunmağa çalışarkən yıxılaraq ayağını sındırıb.

52
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb. Diplomat heyvanlardan qorunmağa çalışarkən yıxılıb və ayağı sınıb.

MSNews.az xəbər verir ki, Gürcüstanın “Georgia Times” nəşrinin “Front News”a istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 12-də Tbilisi küçələrinin birində baş verib.

Sahibsiz itlərin əhatəsinə düşən diplomat heyvanları özündən uzaqlaşdırmağa çalışıb. Lakin bu zaman müvazinətini itirərək yerə yıxılıb və ayağından sınıq xəsarəti alıb.

Hadisənin şahidi olan yerli sakinlər səfirə ilkin tibbi yardım göstərərək təcili tibbi yardım briqadası çağırıblar.
Seyid Əli Mocani 2026-cı ilin yanvarından İranın Gürcüstandakı səfiri vəzifəsini icra edir. O, bundan əvvəl İranın diplomatik xidmətində müxtəlif vəzifələrdə çalışıb, həmçinin ölkə prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi olub.
Diplomatın hazırkı sağlamlıq vəziyyəti və hadisənin digər təfərrüatları barədə əlavə rəsmi məlumat açıqlanmayıb.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.