İsraildə hökuməti qurmaq səlahiyyəti Eyzenkota verilir

İsrail Prezidenti İsak Herzoq yeni hökuməti formalaşdırmaq üçün ilk mandatı müxalifət lideri Qadi Eyzenkota vermək qərarına gəlib. Eyzenkotun koalisiya yaratmaq üçün 28 günü olacaq.

46

İsrail Prezidenti İsak Herzoq yeni hökuməti formalaşdırmaq üçün ilk mandatı müxalifət lideri Qadi Eyzenkota vermək qərarına gəlib. Eyzenkotun parlamentdə hakim koalisiya yaratmaq üçün 28 gün vaxtı olacaq.

MSNews.az xəbər verir ki, Herzoq noyabrın 7-də Yaşar Partiyasının lideri Eyzenkotu qərarı barədə məlumatlandırıb. Mandatın noyabrın 8-də, yerli vaxtla saat 17:00-da prezident iqamətgahında rəsmən təqdim olunması nəzərdə tutulur.

Bu barədə “Israel National News” məlumat yayıb.

Qərar oktyabrın 27-də keçirilmiş parlament seçkilərindən sonra partiyalarla aparılan məsləhətləşmələrin nəticəsində qəbul edilib. Knessetdə 67 deputat Eyzenkotun, 46 deputat isə hazırkı Baş nazir Benyamin Netanyahunun namizədliyini dəstəkləyib. Yeddi deputat heç bir namizəd irəli sürməyib.

İsrail qanunvericiliyinə əsasən, Eyzenkot hökuməti 28 gün ərzində formalaşdıra bilməsə, prezident ona əlavə 14 gün vaxt verə bilər.

“The Guardian” yazır ki, Eyzenkotun mandat alması Netanyahu üçün siyasi uğursuzluq sayılsa da, yeni hökumətin qurulacağına zəmanət vermir. Çünki oktyabr seçkilərində heç bir siyasi blok parlamentdə müstəqil çoxluq əldə etməyib.

Əsas çətinliklərdən biri ərəb partiyalarının mümkün koalisiyada iştirakıdır. Eyzenkotun bəzi potensial müttəfiqləri bu partiyalarla birgə hökumət qurulmasına qarşı çıxırlar.

“CBS News” xəbər verir ki, Netanyahu milli birlik hökumətinin yaradılmasını təklif edib. Bununla belə, tərəflər arasında ciddi siyasi fikir ayrılıqları qalır.

Eyzenkotun hökuməti formalaşdırıb-formalaşdıra bilməyəcəyi qarşıdakı koalisiya danışıqlarının nəticəsindən asılı olacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.