Vəzifədən uzaqlaşdırılan admiral Konqres seçkilərində qalib gəldi

ABŞ Hərbi Dəniz Qüvvələrində 35 il xidmət etmiş və 2025-ci ildə Pit Heqset tərəfindən vəzifədən uzaqlaşdırılmış Nensi Lakor Cənubi Karolinada Konqres seçkilərinin qalibi olduğunu elan edib. Respublikaçı rəqibi məğlubiyyətini qəbul edib.

37

ABŞ Hərbi Dəniz Qüvvələrində 35 il xidmət etmiş, 2025-ci ildə müdafiə naziri Pit Heqset tərəfindən vəzifəsindən uzaqlaşdırılmış istefada olan vitse-admiral Nensi Lakor Cənubi Karolina ştatının 1-ci seçki dairəsində keçirilən Konqres seçkilərində qələbə qazandığını elan edib. Onun respublikaçı rəqibi məğlubiyyətini qəbul edib.

MSNews.az xəbər verir ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının namizədi Lakor respublikaçı Cenni Kosta Hanikattı geridə qoyub.

Bu barədə “Anadolu Agentliyi” və “SC Daily Gazette” məlumat yayıb.

İlkin nəticələrə əsasən, Lakor 161 878 səslə (49,65%), Hanikatt isə 158 570 səslə (48,64%) seçkini başa vurub. Respublikaçı namizəd məğlubiyyətini qəbul etsə də, nəticələrin rəsmi təsdiqlənməsi prosesi hələ tamamlanmayıb.

Bu nəticə ona görə diqqət çəkir ki, Donald Tramp 2024-cü il prezident seçkilərində həmin dairədə 13 faiz bəndi üstünlüklə qalib gəlmişdi. Dairə 2021-ci ildən respublikaçı Nensi Meys tərəfindən təmsil olunurdu.

Lakor 2025-ci ilin avqustunda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ehtiyat Qüvvələrinin rəisi vəzifəsindən uzaqlaşdırılıb. O, sonradan vəzifədən çıxarılmasına heç bir əsas göstərilmədiyini bildirib.

2026-cı ilin yanvarında siyasətə qoşulan sabiq admiral seçki kampaniyasında yaşayış xərclərinin artması, dövlət idarəçiliyində şəffaflıq və ABŞ-nin İranla müharibəsi məsələlərinə xüsusi diqqət ayırıb.

Lakorun qələbəsi Cənubi Karolinanın 1-ci seçki dairəsinin respublikaçılardan demokratların nəzarətinə keçməsi deməkdir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.