“Masyanya”nın yaradıcısı Rusiyada qiyabi həbs cəzası aldı

Sankt-Peterburqun Nevski Rayon Məhkəməsi "Masyanya"nın (“Масяня”) yaradıcısı Oleq Kuvayevi qiyabi olaraq 4 il 1 ay həbs cəzasına məhkum edib. İşdə Rusiya hərbçilərini təslim olmağa çağıran video və “xarici agent” öhdəlikləri əsas götürülüb.

66

Sankt-Peterburqun Nevski Rayon Məhkəməsi “Masyanya” (“Масяня”) animasiya serialının yaradıcısı Oleq Kuvayevi qiyabi olaraq 4 il 1 ay müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib.

MSNews.az xəbər verir ki, məhkəmə Kuvayevi dövlət təhlükəsizliyinə qarşı fəaliyyətə açıq çağırışlar və “xarici agent” qanunvericiliyinin tələblərindən yayınma maddələri üzrə təqsirli bilib.

Bu barədə “Interfax” şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məhkəmənin versiyasına görə, Kuvayev 2023-cü il iyulun 14-də Rusiyadan kənarda olarkən “YouTube” kanalında “Масяня. Эпизод 169. Идолиада” adlı seriyanı yayımlayıb. İstintaq və məhkəmə həmin videoda Rusiya hərbçilərinə təslim olmağa, fərariliyə və komandanlığın əmrlərini yerinə yetirməməyə çağırışların, həmçinin “Хочу жить” layihəsinin reklamının olduğunu bildirib.

Rusiya məhkəməsinin məlumatına görə, həmin videoya 1,2 milyondan çox baxış olub. “Хочу жить” layihəsi isə məhkəmə materiallarında Ukrayna Müdafiə Nazirliyinin dəstəyi ilə yaradılmış təşəbbüs kimi göstərilir.

Kuvayev eyni zamanda Rusiya qanunvericiliyində “xarici agent” kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulmuş hesabatları təqdim etməməkdə də təqsirli bilinib. Bildirilir ki, o, əvvəlcə buna görə iki dəfə inzibati qaydada cərimələnib, sonradan isə tələb olunan məlumatları yenidən təqdim etməyib.

Məhkəmə cəzaların qismən birləşdirilməsi yolu ilə yekun olaraq 4 il 1 ay həbs təyin edib. Bundan başqa, Kuvayevə 4 il müddətinə internetdə publikasiya yerləşdirməklə bağlı fəaliyyətlə məşğul olmaq qadağan olunub. Interfax.ru

Kuvayev Rusiyadan kənarda yaşadığı üçün işə onun iştirakı olmadan baxılıb. “NEWSru.co.il” onun İsraildə yaşadığını bildirir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.