“Lester”in sponsoru pornoaktrisa ilə müqavilə bağladı

İngiltərənin “Lester Siti” klubunun əsas sponsoru BC.Game rusiyalı pornoaktrisa Eva Elfini brend səfiri təyin edib. Azarkeşlər bu əməkdaşlığın klubun ailəvi imicinə zidd olduğunu bildiriblər.

40

İngiltərənin “Lester Siti” futbol klubunun azarkeşləri komandanın əsas sponsoru “BC.Game” şirkətinin rusiyalı pornoaktrisa Eva Elfini brend səfiri təyin etməsinə kəskin etiraz ediblər. Azarkeşlər bu əməkdaşlığın klubun ənənəvi ailəvi imicinə ciddi zərbə vurduğunu düşünürlər.

MSNews.az xəbər verir ki, noyabrın 3-də onlayn qumar platforması “BC.Game” Eva Elfi ilə əməkdaşlığa başladığını açıqlayıb. Şirkət 2024-cü ildən “Lester Siti”nin əsas forma sponsorudur.

Britaniyanın “The Telegraph” nəşrinin məlumatına görə, “Foxes Trust” azarkeş təşkilatı şirkətin qərarını pisləyərək qumar və böyüklər üçün məzmunun futbolla əlaqələndirilməsindən narahatlığını bildirib.

Təşkilatın bəyanatında vurğulanıb ki, belə əməkdaşlıqlar xüsusilə gənc azarkeşlərə mənfi təsir göstərə bilər. Azarkeşlər klubun öz dəyərlərindən uzaqlaşdığını hesab edirlər.

“Foxes Trust”ın sorğusuna əsasən, iştirakçıların 73 faizi “BC.Game” ilə sponsorluğa mənfi münasibət bildirib, yalnız 5 faizi isə əməkdaşlıqdan razı qalıb. Təşkilat azarkeşləri sponsorun loqosu olmayan formaları almağa çağırıb.

Qeyd edək ki, 2016-cı ildə İngiltərə Premyer Liqasının çempionu olmuş “Lester Siti” ardıcıl iki mövsüm aşağı liqaya düşərək hazırda ölkənin üçüncü səviyyəli çempionatı olan Liqa 1-də çıxış edir.

Eva Elfi ilə müqaviləni klub deyil, onun sponsoru BC.Game imzalayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.