Donnarumma penaltilər zamanı rəqibin “şparqalka”sını cırmağa çalışdı

İtaliya qapıçısı Cianluici Donnarumma Bosniya ilə oyunda penaltilər zamanı Nikola Vasily ilə qalmaqal yaşayıb.

266

Bosniya və Herseqovina 2026-cı il Dünya Çempionatı pley-off finalında İtaliyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazanıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilərdə isə meydan sahibləri daha dəqiq olub. Bu nəticə İtaliyanın ardıcıl üçüncü dəfə mundialdan kənarda qalması ilə yadda qalıb.

Qarşılaşmadan sonra sosial şəbəkələrdə və bəzi idman platformalarında Bosniya tərəfdən bir top toplayıcının və ya meydan kənarındakı şəxsin qapıçı Canluici Donnarummanın penaltilərlə bağlı qeydlərini götürüb,boşnak qolkiper Nikola Vasilyə verməsi, bunun da italiyalı qolkiperin əsəbiləşməsinə səbəb olduğu barədə iddialar yayılıb.

Lakin Donnarumma penaltilər seriyasında Bosniyanın zərbələrinin qarşısını ala bilməyib və İtaliya seriyanı uduzub. “Reuters“-in məlumatlarında oyunun həlledici məqamı kimi İtaliyanın ümumi çöküşü, qırmızı vərəqə, buraxılan gec qol və uğursuz penaltilər önə çıxarılır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.