İlham Əliyev və ailə üzvləri “AIREX 2026” sərgisi ilə tanış olublar

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Bakıda keçirilən ilk beynəlxalq daşınmaz əmlak sərgisini ziyarət ediblər. Sərgidə 61 yerli və xarici şirkət iri yaşayış, tikinti və şəhərsalma layihələrini təqdim edir.

41

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.

MSNews.az xəbər verir ki, “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 47 yerli və 14 xarici olmaqla, ümumilikdə 61 şirkət iştirak edir.

Dövlət başçısı və ailə üzvləri “PMD Group”, “PAŞA Real Estate Qrup”, “Sea Breeze”, “Baku City Residences”, MİDA, “Fortis Development” və digər şirkətlərin stendlərində təqdim olunan layihələrlə tanış olublar.

“Sea Breeze”in təqdim etdiyi layihələr arasında 5,5 kilometrlik Formula 1 trekinin inşasını nəzərdə tutan “Fire Island”, 323 metrlik qüllənin yerləşəcəyi “Aypara” və “Caspian Dream Liner” xüsusi yer tutub.

Sərgidə, həmçinin MİDA-nın güzəştli mənzil layihələri, “Bakı Ağ Şəhər”in inkişaf planları, Böyükşor gölü ərazisinin inkişaf konsepsiyası və Qarabağda aparılan bərpa-quruculuq işləri təqdim edilib.

Noyabrın 6-dək davam edəcək sərgi 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində təşkil edilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.