ABŞ Prezidenti Donald Tramp respublikaçıların noyabrın 3-də keçirilən aralıq seçkilərdəki məğlubiyyətindən sonra müdafiə naziri Pit Heqseti vəzifədən uzaqlaşdırmağı nəzərdən keçirir.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 4-də “CBS News” telekanalı vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp yaxın müşavirlərindən Heqsetin vəzifəsində qalıb-qalmamalı olduğunu soruşub. Lakin prezident hələlik yekun qərar qəbul etməyib.
Müdafiə naziri postuna mümkün namizədlər arasında Florida qubernatoru Ron DeSantisin adı çəkilir. Onun namizədliyinin Konqresin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl təsdiqlənməsi ehtimalı da müzakirə olunur.
Heqsetin mümkün istefası ilə bağlı müzakirələr ABŞ-nin İranla müharibəsi və respublikaçıların seçkilərdəki məğlubiyyəti fonunda aparılır.
Bununla belə, Ağ Ev Heqsetin prezidentin tam etimadını qoruduğunu bildirib. Müdafiə nazirinin vəzifədən azad edilməsi barədə rəsmi qərar yoxdur.