Tramp administrasiya üzvlərinin görünüşünü qiymətləndirdi – Maraqlı açıqlamalar

ABŞ Prezidenti Donald Tramp “Pod Force One” podkastına müsahibəsində administrasiyasının aparıcı üzvlərinin xarici görünüşü barədə danışıb. O, Pit Heqset, Marko Rubio, Cey Di Vens və Skott Bessenti tərifləyib.

62

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli üzvlərinin xarici görünüşü barədə maraqlı fikirlər səsləndirib. Amerika lideri müdafiə naziri Pit Heqseti yaraşıqlı adlandırıb, maliyyə naziri Skott Bessenti isə Hollivud filminin baş qəhrəmanına bənzədib.

MSNews.az xəbər verir ki, Tramp bu barədə jurnalist Miranda Devinin aparıcısı olduğu “Pod Force One” podkastına müsahibəsində danışıb.

Prezidentdən administrasiyasının ən yaraşıqlı üzvünü seçmək istənilib. Tramp isə konkret bir nəfərin adını çəkməkdən yayınaraq həmkarlarının hər birini özünəməxsus şəkildə tərifləyib.

“Pit Heqset yaraşıqlı kişidir. Düşünürəm ki, onların hamısı özünəməxsus şəkildə yaxşı görünür”, – deyə Tramp bildirib.

ABŞ lideri dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensin fəaliyyətindən də razılığını ifadə edib.

“Marko Rubio çox yaxşı, parlaq siyasətçidir. Cey Di də eynilə. Hər ikisi əla iş görür”, – deyə prezident qeyd edib.

Trampın ən diqqətçəkən müqayisəsi isə maliyyə naziri Skott Bessentlə bağlı olub.

“Skott Bessent sanki Hollivud kastinqindən çıxıb. Əgər Maliyyə Nazirliyi haqqında film çəksəydim, baş rola onu seçərdim”, – deyə o zarafatla bildirib. Bu sözlər barədə noyabrın 2-də dərc olunmuş müsahibə icmalında məlumat verilib.

Qeyd edək ki, Tramp siyasətçilərin xarici görünüşü ilə bağlı açıqlamaları ilə əvvəllər də diqqət çəkib. “The Washington Post” nəşrinin oktyabrın 28-də dərc etdiyi materialda ABŞ Prezidentinin son çıxışlarında kişi siyasətçilərin görünüşünü tez-tez şərh etdiyi vurğulanıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.