İran Prezidenti ABŞ-a səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər etməyi planlaşdırır. Vaşinqton İran nümayəndə heyətinə viza versə də, səyahət və alış-veriş məhdudiyyətləri tətbiq edəcək.

20

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər etməyi planlaşdırır. Vaşinqton İranın əsas nümayəndə heyətinə viza verilməsinə razılıq versə də, rəsmilərin ölkə daxilində hərəkətinə və müəyyən məhsulları almasına məhdudiyyətlər tətbiq edəcək.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”  agentliyi ABŞ Dövlət Departamentinin sentyabrın 17-də yaydığı açıqlamaya istinadən məlumat verib.

ABŞ administrasiyası İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Araqçi və digər əsas nümayəndə heyəti üzvlərinin Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli görüşlərdə iştirakına icazə verib.

Dövlət Departamenti bildirib ki, ABŞ BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq İran nümayəndələrinin Baş Assambleyada iştirakına şərait yaradacaq. Bununla belə, nümayəndə heyətinin ötən illə müqayisədə daha azsaylı olacağı açıqlanıb.

İran rəsmilərinin Nyu-Yorkda hərəkətinə ciddi məhdudiyyətlər qoyulacaq. Onların əsasən BMT-nin mənzil-qərargahı, İranın diplomatik missiyası, səfirin iqamətgahı və Con Kennedi Beynəlxalq Hava Limanı arasında hərəkət etməsinə icazə veriləcək.

Nümayəndə heyətinə lüks məhsulların və müəyyən digər malların alınması da qadağan ediləcək. Oxşar məhdudiyyətlər əvvəlki illərdə də İran rəsmilərinə tətbiq olunub.

İran Prezidentinin BMT Baş Assambleyasında çıxış edərək ölkəsinin beynəlxalq və regional məsələlərə dair mövqeyini təqdim etməsi nəzərdə tutulur. Onun sentyabrın 23-də Baş Assambleyada çıxış etməsi planlaşdırılır.

Səfər ABŞ və İran arasında hərbi qarşıdurmanın davam etdiyi, eyni zamanda münaqişənin dayandırılması istiqamətində diplomatik təmasların aparıldığı dövrə təsadüf edir.

Bununla belə, Pezeşkianın ABŞ-yə səfəri çərçivəsində Prezident Donald Trampla ikitərəfli görüşünün keçiriləcəyi hələlik rəsmən təsdiqlənməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.