İran Britaniyanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatı elan etdi

İran Britaniyanın MI6 kəşfiyyat xidmətini düşmən qruplaşma, Kral Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini isə terror təşkilatı kimi tanıyıb. Tehran qərarı Londonun İrana qarşı siyasətinə cavab adlandırıb.

54

İran Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nı “düşmən qruplaşma”, Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini isə “terror təşkilatları” kimi tanıdığını elan edib. Tehran bu qərarı Londonun son dövrlərdə həyata keçirdiyi siyasətə cavab tədbiri kimi qiymətləndirib.

MSNews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin noyabrın 1-də yayımladığı bəyanatda bildirilib. Məlumatı “Anadolu Agentliyi” və “Tasnim” agentlikləri yayıb.

Nazirliyin açıqlamasına əsasən, qərar İranın Ali Milli Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi əsasında qəbul edilib və noyabrın 1-dən qüvvəyə minib.

Bəyanatda Britaniyanın İran əleyhinə addımlarının BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyinə hörmət prinsipinə zidd olduğu iddia edilib.

Tehran xüsusilə Londonun ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına hərbi obyektlər və logistika imkanları təqdim etməsini, eləcə də 2026-cı il iyulun 13-də İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Britaniyanın Dövlət Təhdidləri Qanunu çərçivəsinə daxil etməsini qərarın əsas səbəbləri sırasında göstərib.

Yeni qərara əsasən, MI6 İranın casusluğa və düşmən dövlətlərlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu çərçivəsində “düşmən qruplaşma” sayılacaq.

Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri isə İranın SEPAH-ın ABŞ tərəfindən terror təşkilatı kimi tanınmasına qarşı cavab tədbirlərini tənzimləyən qanunu əsasında terror təşkilatları kateqoriyasına daxil edilib.

İran XİN qərarın qarşılıqlılıq prinsipinə əsaslandığını bildirərək, onun nəticələrinə görə məsuliyyətin Britaniya hökumətinin üzərinə düşəcəyini bəyan edib.

Qeyd edək ki, bu təsnifat İranın milli qanunvericiliyi çərçivəsində qəbul olunub və Britaniya hərbi qurumlarının beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınması demək deyil.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.