Zelenski Türkiyədə Ərdoğanla görüşdü – Yeni razılıq əldə olundu

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər Qara dənizdə təhlükəsiz gəmiçilik, taxıl dəhlizi və sülh danışıqlarını müzakirə ediblər.

53

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi, taxıl dəhlizinin fəaliyyəti və Ukraynada müharibənin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüsləri müzakirə ediblər.

MSNews.az xəbər verir ki, oktyabrın 31-də İstanbulda baş tutan görüşdən sonra Zelenski Türkiyənin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəklədiyini vurğulayıb.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Ukrayna lideri bildirib ki, Ankara Qara dənizdə təhlükəsiz gəmiçiliyin bərpasına və regionda normal həyat şəraitinin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

“Cənab Prezidentlə bu istiqamətdə faydalı ola biləcək bəzi yeni ideya və təklifləri müzakirə etdik”, – deyə Zelenski açıqlayıb.

Görüşün əsas nəticələrindən biri Qara dəniz taxıl dəhlizinin səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində birgə iş aparılması barədə razılıq olub.

“Al Jazeera” yazır ki, Ərdoğan Qara dənizdə mülki gəmilərə hücumların dayandırılmasına çağırıb və təhlükəsiz gəmiçilik üzrə razılaşmanın Ukraynada sülh səylərinə təkan verə biləcəyini bildirib.

Liderlər həmçinin noyabrın ilk yarısında Ukrayna, ABŞ və Rusiya arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqların perspektivlərini, Türkiyənin və Avropa ölkələrinin bu prosesə mümkün cəlb olunmasını müzakirə ediblər.

Bundan əlavə, enerji, müdafiə sənayesi və iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub. Zelenski yaxın günlərdə Türkiyədən Ukraynaya generator və digər enerji avadanlıqlarının tədarükünün artacağını gözlədiyini açıqlayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.