ABŞ İrana danışıqlar təklif etdi – Görüş İstanbulda keçirilə bilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın yüksəkvəzifəli rəsmisi Möhsün Rezai ilə müharibənin dayandırılması üçün görüşməyi təklif edib. Danışıqlar İstanbulda və ya Dohada baş tuta bilər.

57

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin dayandırılması və nüvə sazişinin əldə olunması məqsədilə bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə şəxsən görüşməyi təklif edib. Mümkün danışıqların İstanbulda və ya Dohada keçirilməsi nəzərdən keçirilir.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri danışıqlardan məlumatlı amerikalı rəsmiyə istinadən yazıb. Məlumata görə, Vens ötən həftə Qətər vasitəçiləri ilə Rezaiyə məktub göndərərək birbaşa görüş təklif edib.

Məktubda Vaşinqtonun əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğu vurğulanıb. ABŞ tərəfi Tehrandan nüvə proqramı ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik nümayəndələr göndərməsini istəyib.

Nəşrin məlumatına görə, Tramp administrasiyası Rezaini mümkün nüvə razılaşmasına İran rəhbərliyinin dəstəyini təmin edə biləcək əsas fiqur hesab edir. ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rezai İranın Ali Rəhbəri Müctəba Xamenei ilə müntəzəm əlaqə saxlayır.

Bu arada İran tərəfi məktubun alındığını təsdiqləyib. “The National” nəşrinin noyabrın 1-də yaydığı məlumata görə, Rezai məktubu oxuduğunu, lakin hələ cavab vermədiyini bildirib. O, Vaşinqtonun müraciətində əvvəlki dövrlə müqayisədə ton dəyişikliyini müsbət qiymətləndirib.

Bununla belə, İranın nüvə danışıqlarında əsas mövqeyini yumşaltdığına dair hər hansı təsdiqlənmiş məlumat yoxdur. Tehran sanksiyaların aradan qaldırılması və hərbi təhdidlərin dayandırılmasını əsas şərtlər sırasında saxlayır.

“The Guardian”yazır ki, yeni diplomatik təşəbbüs ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi təhlükəsi fonunda irəli sürülüb. Tərəflər arasında ciddi fikir ayrılıqları qalır və Venslə Rezainin görüşünün vaxtı və yeri hələ rəsmən razılaşdırılmayıb.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.