Ukrayna üçün ayrılan 71 milyon kron yoxa çıxdı – Danimarkada qalmaqal

Danimarkanın Ukrayna üçün ayırdığı 71 milyon kron İtaliyada yerləşən şübhəli şirkətə köçürülüb, lakin mərmilər Ukraynaya çatmayıb. Estoniya vəsaiti geri almaq üçün məhkəməyə müraciət edib.

52

Danimarkanın Ukraynaya artilleriya mərmiləri alınması üçün ayırdığı 71 milyon kron (təxminən 10,6 milyon dollar) İtaliyada yerləşən şübhəli şirkətə köçürülüb. Lakin bu vəsait hesabına Ukraynaya bir ədəd də olsun mərmi çatdırılmayıb.

MSNews.az xəbər verir ki, bu barədə Danimarkanın “Danwatch” araşdırma nəşri məlumat yayıb. Araşdırmaya görə, Kopenhagen 2025-ci ilin aprelində Estoniyanın Ukrayna üçün sursat almasına 317 milyon kron ayırıb. Bu vəsaitin 71 milyon kronu Estoniya vasitəsilə İtaliyanın “Datasel” şirkətinə ödənilib.

Məlum olub ki, Hindistanın “Neco Defence Munitions” şirkətinə məxsus “Datasel” əvvəllər proqram təminatının hazırlanması ilə məşğul olub. Şirkətin İtaliyanın La-Spetsiya şəhərindəki rəsmi ünvanı “Audi” avtomobil dileri ilə eyni olub. Araşdırmada “Datasel”in silah istehsalı və satışı üçün müvafiq icazəsinin olmadığı da bildirilir.

Estoniyanın “ERR” ictimai yayımçısının məlumatına görə, ölkənin Müdafiə İnvestisiyaları Mərkəzi Datasel ilə bağladığı müqavilələr üzrə ümumilikdə təxminən 70 milyon avro məbləğində avans ödənişi həyata keçirib. Tədarükdəki problemlərdən sonra müqavilələr ləğv edilib və vəsaitin geri alınması üçün hüquqi proses başlanıb.

“Datasel” isə ittihamlarla razılaşmır. Şirkət müqavilə üzrə müəyyən məhsullar təqdim etdiyini və öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirir. Bununla belə, tərəflər arasında mübahisə davam edir.

Qalmaqal Estoniyada siyasi nəticələr də doğurub. Ölkənin müdafiə naziri Hanno Pevkur sentyabrın 2-də dövlət satınalmalarındakı nöqsanlara görə siyasi məsuliyyət daşıdığını bildirərək istefa verəcəyini açıqlayıb.

Bu arada Danimarkanın müdafiə naziri Yeppe Bruus Estoniya ilə ayrılmış vəsaitin geri qaytarılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, məbləğin böyük hissəsi artıq qaytarılma mərhələsindədir, qalan hissənin isə məhkəmə prosesinin nəticəsindən asılı olmayaraq ödənilməsi nəzərdə tutulur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.