Vuçiç məğlubiyyətdən sonra dövlət çevrilişi planı hazırlayıbmış

Britaniyanın “The Times” qəzeti Aleksandar Vuçiçin Serbiyada parlament seçkilərində məğlub olduqdan sonra hakimiyyəti güc yolu ilə saxlamağı nəzərdən keçirdiyini yazıb. İddialara görə, polis və digər qurumlardan gələn zənglər onun qərarını dəyişib.

85

Serbiyada parlament seçkilərində məğlub olan Aleksandar Vuçiçin hakimiyyəti güc yolu ilə saxlamaq imkanını nəzərdən keçirdiyi iddia olunur. Britaniyanın “The Times” qəzetinin məlumatına görə, Vuçiç seçki nəticələrini tanımaqdan imtina etməyə hazırlaşsa da, müxalifətin böyük səs üstünlüyü və aldığı xəbərdarlıq zənglərindən sonra bu niyyətindən daşınıb.

MSNews.az xəbər verir ki, bu barədə “The Times” Serbiyanın siyasi dairələrindəki mənbələrə və keçmiş yüksəkvəzifəli polis əməkdaşına istinadən məlumat yayıb.

Serbiyanın Xüsusi Antiterror Bölməsinin keçmiş rəhbəri Spasoye Vuleviç qəzetə bildirib ki, Vuçiç seçki günü mümkün etirazların və hakimiyyət dəyişikliyinin qarşısını almaq məqsədilə paytaxtda böyük qüvvələr cəmləşdirib.

“O, rejimi qorumaq üçün Belqradın mərkəzinə 4 min polis əməkdaşı və 3 min zorakı tərəfdar göndərmişdi. Nəticələri tanımaqdan imtina etməyi planlaşdırdığına tam əminəm”, – deyə Vuleviç iddia edib.

Onun sözlərinə görə, Vuçiç seçki nəticələri az fərqlə yekunlaşacağı təqdirdə hakimiyyət dəyişikliyinə müqavimət göstərməyi nəzərdən keçirirdi.

Bu iddiaları “Tələbə siyahısı”nın nümayəndəsi Radomir Saiçiç də səsləndirib.

“Seçki nəticələrini güc yolu ilə ləğv etmək planı var idi. Lakin onun polis və digər strukturlardan çoxsaylı zənglər aldığını, bundan sonra fikrini dəyişdiyini bilirəm”, – deyə Saiçiç bildirib.

Avropa Parlamentinin deputatı Sandro Qotsi bildirib ki, seçki günü diplomatik mənbələrdən Vuçiçin nəticələrə müqavimət göstərə biləcəyi barədə narahatedici məlumatlar alınıb.

Bəzi mənbələr Avropa hökumətlərinin nümayəndələrinin Vuçiçlə əlaqə saxlayaraq onu seçki nəticələrinə hörmət etməyə çağırdıqlarını iddia edirlər.

Hətta Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın da bu qərarda rol oynamış ola biləcəyinə dair ehtimallar səsləndirilib.

Lakin konkret olaraq hansı şəxslərin Vuçiçə zəng etdiyi və onların qərara nə dərəcədə təsir göstərdiyi müstəqil şəkildə təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.