Finlandiya Ali Məhkəməsi hicabın zorla çıxarılmasını qanuni saydı

Finlandiya Ali Məhkəməsi sığınacaq müraciətinin qeydiyyatı zamanı hicablarını çıxarmaqdan imtina edən iki qadına qarşı polisin güc tətbiq etməsi üçün hüquqi əsasların olduğu qənaətinə gəlib. Qərar müsəlman hüquq təşkilatlarının etirazına səbəb olub.

16

Finlandiya Ali Məhkəməsi sığınacaq müraciətinin qeydiyyatı üçün foto çəkilişi zamanı hicablarını çıxarmaqdan imtina edən iki qadına qarşı polisin güc tətbiq etməsi üçün hüquqi əsasların olduğu qənaətinə gəlib. Sentyabrın 22-də verilən qərarla polis əməkdaşları və mühafizəçilər barəsində əvvəlki məhkəmələrin bəraət qərarları qüvvədə saxlanılıb.

MSNews.az xəbər verir ki, hadisə 2017-ci ilin mayında Hämeenlinna polis bölməsində baş verib. Sığınacaq üçün müraciət edən iki qadına qeydiyyat fotolarının dini səbəblərlə istifadə etdikləri, saçlarını örtən, lakin üzlərini açıq saxlayan hicablar olmadan çəkilməli olduğu bildirilib.

Qadınlara foto çəkilişi zamanı yalnız qadın əməkdaşların iştirak edəcəyi təklif olunub. Onlar isə hicablarını çıxarmaqdan imtina edərək daha əvvəl hicabla foto çəkdirdikləri başqa polis bölməsinə göndərilmələrini istəyiblər.

Bu barədə “Yle” məlumat yayıb.

Mübahisə zamanı polis və mühafizəçilər qadınları qollarından və biləklərindən tutaraq hərəkətlərini məhdudlaşdırıblar. Qadınlardan biri divara tərəf sıxılıb, daha sonra oturdularaq hicabı çıxarılıb və fotoşəkli çəkilib. Digər qadının da çəkiliş zamanı qollarından tutulduğu məhkəmə materiallarında qeyd olunub.

Ali Məhkəmənin əksəriyyəti sığınacaq müraciətinin qeydiyyatı üçün şəxsin hicabsız fotoşəklinin çəkilməsini qanuni dövlət vəzifəsi hesab edib. Məhkəmə şəxsiyyətin müəyyənləşdirilməsini bu tələbin əsas məqsədi kimi göstərib və əvvəlcə verilmiş göstərişlərə əməl edilmədiyi şəraitdə tətbiq olunan gücün konkret vəziyyətdə qanuni əsaslara malik olduğu qənaətinə gəlib.

Məhkəmə eyni zamanda polisə güc tətbiqinin yalnız göstəriş və xəbərdarlıqlar nəticə vermədikdə istifadə edilməli olduğunu, tədbirin məqsədəuyğunluğu və proporsionallığının isə hər bir hadisədə ayrıca qiymətləndirilməli olduğunu vurğulayıb. Qərar yekdil olmayıb: iş üzrə təqdim olunan alternativ hüquqi mövqedə foto çəkilişi üçün hicabların güc tətbiqi ilə çıxarılmasının zəruri olmadığı bildirilirdi.

ABŞ-da fəaliyyət göstərən Müsəlman-Amerikan Münasibətləri Şurası (CAIR) qərarı tənqid edib. Təşkilat qadının iradəsinə zidd olaraq hicabının fiziki güclə çıxarılmasını dini azadlıq, insan ləyaqəti və şəxsi toxunulmazlığa müdaxilə kimi qiymətləndirib.

Qərar Finlandiyada oxşar halların gələcək hüquqi qiymətləndirilməsi üçün presedent xarakteri daşıyır. Bununla belə, hökm polisə istənilən şəraitdə hicabı zorla çıxarmaq üçün ümumi səlahiyyət vermir — güc tətbiqinin qanuniliyi konkret dövlət vəzifəsi, zərurət və proporsionallıq meyarlarından asılı olaraq qiymətləndirilməlidir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti