Tokayev yeni müdafiə naziri təyin etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aydos Mırzaxmetovu ölkənin yeni müdafiə naziri təyin edib. O, Xəzər dənizində keçirilən hərbi təlimlərdə 14 hərbçinin ölümündən sonra vəzifədən azad edilən Dauren Kosanovu əvəzləyib.

8

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aydos Mırzaxmetovu ölkənin yeni müdafiə naziri təyin edib. Müvafiq sərəncam sentyabrın 27-də imzalanıb. Mırzaxmetov bundan əvvəl Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı olub.

MSNews.az xəbər verir ki, Qazaxıstan hökumətinin rəsmi məlumatına əsasən, 45 yaşlı Mırzaxmetov 2024-cü ilin yanvarından Xüsusi Əməliyyat Qüvvələrinə komandanlıq edib. O, 2002-ci ildə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 2025-ci ildə isə Milli Müdafiə Universitetini bitirib.

Yeni nazir sentyabrın 27-də vəzifədən azad edilən Dauren Kosanovu əvəzləyib. Kosanovun vəzifədən çıxarılması Xəzər dənizində keçirilən “Xəzər Qorğanı – 2026” hərbi təlimləri zamanı 14 qazaxıstanlı hərbçinin həlak olmasından üç gün sonra baş verib. Prezidentin Kosanovun vəzifədən azad edilməsi barədə sərəncamında qərarın səbəbi ayrıca göstərilməyib.

Faciə sentyabrın 24-də Manqistau vilayətində baş verib. “Kaysar” hərbi gəmisindən şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 17 hərbçi dənizə sürüklənib. Onlardan üçü xilas edilib, 14-ü isə həyatını itirib.

Hadisədən sonra beş yüksək vəzifəli hərbçi saxlanılıb, xidməti səhlənkarlıq və gəmi idarəetmə qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb. Tokayev həmçinin Müdafiə Nazirliyində vəziyyətin kompleks yoxlanılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.