İran Hörmüz boğazının açılması üçün ABŞ-a üç əsas şərt irəli sürüb

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa Hörmüz boğazının açılması üçün Tehranın şərtlərini çatdırıb. İran dəniz blokadasının aradan qaldırılmasını, dondurulmuş aktivlərinin qaytarılmasını və regiondakı hərbi əməliyyatların dayandırılmasını tələb edir.

13

İran Hörmüz boğazının yenidən açılması üçün ABŞ-a üç əsas şərt irəli sürüb. Tehran dəniz blokadasının dərhal aradan qaldırılmasını, dondurulmuş İran aktivlərinin qaytarılmasını və regionda İranın “müqavimət cəbhələri” adlandırdığı istiqamətlərdə müharibənin dayandırılmasını tələb edir.

MSNews.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu şərtləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçirilən təmaslar zamanı çatdırıb.

Bu barədə “Reuters” agentliyi  İran dövlət mediasına istinadən məlumat yayıb.

İran dövlət televiziyasının görüşün təfərrüatları ilə tanış olan mənbəyə istinadən yaydığı məlumata görə, Tehran ABŞ-nin dəniz blokadasının dərhal ləğvini, dondurulmuş bütün İran vəsaitlərinin azad edilməsini və “müqavimət cəbhələri” üzrə hərbi əməliyyatların başa çatmasını Hörmüz boğazının açılması üçün əsas tələblər kimi təqdim edib.

Tərəflərin Nyu-Yorkdakı təmaslarına dair məlumatlar fərqlənir: İran mediası Əraqçi ilə Uitkoff arasında görüş keçirildiyini bildirsə də, digər məlumatlarda danışıqların vasitəçilər üzərindən aparıldığı qeyd olunur. ABŞ-nin İranın irəli sürdüyü üç şərti qəbul etdiyi açıqlanmayıb.

ABŞ Prezidenti Donald Tramp danışıqları müsbət qiymətləndirərək növbəti təmasların keçirilə biləcəyini bildirib. İran tərəfi isə Hörmüz boğazının açılması ilə bağlı əvvəlki şərtlərindən imtina etmədiyini vurğulayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti