Papa XIV Leo ABŞ-a qarşı Peruya azarkeşlik edəcəyini dedi

Çikaqoda doğulan, lakin uzun illər Peruda missioner və Çiklayo yepiskopu kimi çalışan Papa XIV Leo hipotetik ABŞ–Peru matçında Peruya azarkeşlik edəcəyini bildirib.

6

Roma Papası XIV Leo hipotetik olaraq ABŞ və Peru millilərinin DÇ-2026-da qarşılaşacağı halda Peruya azarkeşlik edəcəyini deyib. Pontifik bu barədə “Crux” müxbiri Elise Allenlə müsahibəsində danışıb. “ABŞ Peru ilə Dünya çempionatında oynasa, kimi dəstəkləyərdiniz?” sualına Papa “yəqin ki, Perunu” cavabını verib və bunu Peru ilə olan emosional bağları ilə izah edib.

MSNews.az xəbəri “Vatican News”-a istinadən verir.

XIV Leo — əsl adı ilə Robert Francis Prevost — ABŞ-ın Çikaqo şəhərində doğulub. Bununla belə, o, uzun illər Peruda missioner kimi çalışıb, daha sonra isə Çiklayo yepiskopu olub. Vatikanın rəsmi məlumatına görə, Prevost Peruda uzunmüddətli dini xidmətdən sonra 2015–2023-cü illərdə Çiklayo yepiskopu vəzifəsini icra edib.

Papa XIV Leo həm də Peru vətəndaşıdır. “Associated Press” yazır ki, o, ABŞ-da doğulmuş ilk papa olmaqla yanaşı, ikili — ABŞ və Peru vətəndaşlığına malikdir. Peruda onu “Çikaqodan Çiklayoya gələn keşiş” kimi xatırlayırlar və uzun illər yerli icmalarla yaxın işlədiyi bildirilir.

Pontifik müsahibəsində futbola münasibətdə zarafat tonunu da qoruyub. O bildirib ki, “Robert Prevost “White Sox” azarkeşi idi, amma papa kimi bütün komandaların azarkeşidir”. Bununla belə, ABŞ–Peru qarşılaşması ssenarisində Peruya meyil etməsini ölkə ilə uzun illərə dayanan şəxsi bağları ilə əlaqələndirib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031