Polşada separatçı simvolika əks olunan məhsul satışdan çıxarılıb

Azərbaycanın Polşadakı səfirliyinin etirazından sonra “Henry” şirkəti separatçı rejimin simvolikası əks olunan məhsulun istehsal və satışını dayandırıb. Şirkət rəhbəri üzr istəyərək baş verənləri çap hazırlığı zamanı yol verilmiş səhvlə izah edib.

17

Azərbaycanın Polşadakı səfirliyinin etirazından sonra “Henry” şirkəti üzərində ləğv edilmiş separatçı rejimin simvolikası əks olunan məhsulun istehsal və satışını dayandırıb. Şirkət rəhbəri baş verənlərlə bağlı üzr istəyərək təsvirin çap materialına qəsdən daxil edilmədiyini bildirib.

MSNews.az xəbər verir ki, məsələ Polşadakı Azərbaycan diasporunun nümayəndələri sözügedən məhsulun yerli satışda olması barədə sosial şəbəkələrdə məlumat yaydıqdan sonra gündəmə gəlib. Səfirlik məhsulu istehsal və satışa çıxaran “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlayaraq Azərbaycanın etirazını çatdırıb.

Bu barədə “APA”  səfirliyin məlumatına istinadən xəbər yayıb.

Popiel səfirliyə ünvanladığı yazılı cavabda təsvirin məhsulun üzərində yer almasını çap hazırlığı prosesində insan səhvi ilə izah edib. O, məhsulun istehsal və satışının dayandırıldığını, anbarda qalan və alıcılardan geri qaytarılan nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyini bildirib.

Şirkət rəhbəri gələcək çap materiallarında oxşar halın təkrarlanmaması üçün tədbirlər görüldüyünü qeyd edib. Popiel məktubunda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini də vurğulayıb.

Azərbaycanın Polşadakı səfirliyi məsələni aşkar edərək ictimaiyyətin diqqətinə çatdıran və aidiyyəti qurumlara müraciət edən diaspor nümayəndələrinə təşəkkür edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.