Şamaxıda 204 otaqlı “Meysari Grand Hotel & SPA” açıldı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxının Meysəri kəndində 204 otaqlı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər. Kompleksdə 320 yeni iş yeri yaradılıb.

47

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxının Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

MSNews.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına və birinci xanıma kompleks barədə məlumat verib.

Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən turizm və istirahət kompleksində hotel və kotteclər, restoranlar, SPA və sağlamlıq mərkəzi, idman zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançası yaradılıb.

Kompleksdə ümumilikdə 204 otaq mövcuddur. Onlardan 88-i əsas hotel binasında, 116-sı isə kotteclərdə yerləşir. Ərazidə əlavə olaraq 3 villa fəaliyyət göstərəcək.

İstirahət infrastrukturu üç hovuz, idman və pilates zalları, tennis və padel kortları, futbol meydançası və uşaq əyləncə mərkəzini əhatə edir.

Ərazidə yerləşən 420 nəfərlik Nəsimi Konfrans Mərkəzi konfrans, təqdimat, işgüzar görüş və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Kompleksdə daha kiçik tədbirlər üçün ayrıca zal da yaradılıb.

Yeni kompleksdə ümumilikdə 320 iş yeri açılıb.

Yeni hotelin fəaliyyətə başlaması Şamaxının turizm infrastrukturunun genişləndirilməsi və bölgəyə gələn yerli və xarici turistlərin yerləşdirilməsi imkanlarının artırılması baxımından əlavə imkan yaradır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.