Paşinyan və Makron Parisdə görüşdü

Nikol Paşinyan və Emmanuel Makron Yelisey sarayında Ermənistan-Fransa strateji tərəfdaşlığı, iqtisadi əməkdaşlıq, kosmik sahə, Barguşat tuneli və regional prosesləri müzakirə ediblər.

61

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında keçirilən görüşdə ikitərəfli strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, Barguşat tuneli layihəsi və regional prosesləri müzakirə ediblər.

MSNews.az xəbər verir ki, görüş sentyabrın 9-da Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub. Ermənistan Baş nazirinin rəsmi saytının məlumatına görə, Makron Ermənistan-Fransa münasibətlərinin may ayında imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə uyğun olaraq bütün istiqamətlər üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər iqtisadi əməkdaşlığı iki ölkə arasında strateji tərəfdaşlığın prioritet istiqamətlərindən biri kimi qiymətləndiriblər. Görüşdə Ermənistan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar da müzakirə olunub.

Danışıqlarda “Şimal-Cənub” avtomobil magistralının bir hissəsi olan Barguşat tunelinin tikintisinə xüsusi diqqət ayrılıb. Ermənistan tərəfinin açıqlamasında layihənin “konkret mərhələyə” daxil olduğu və tikinti işlərinə mümkün qədər tez başlanmasının vacibliyinin vurğulandığı bildirilir.

Barguşat tuneli üzrə əməkdaşlığın əsası mayın 5-də qoyulub. Həmin gün Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə Fransanın “VINCI Construction Grands Projets” və “Razel-Bec SAS” şirkətlərindən ibarət konsorsium arasında layihə üzrə anlaşma memorandumu imzalanıb.

Paşinyan həmin vaxt layihəni “Şimal-Cənub” magistralının tikintisi və Ermənistanın yol infrastrukturunda yeni keyfiyyət standartlarının tətbiqi baxımından mühüm mərhələ kimi xarakterizə etmişdi.

Paris görüşündə kosmik sahədə əməkdaşlıq da gündəmdə olub. Paşinyan Ermənistanın Fransa ilə bu istiqamətdə daha məzmunlu tərəfdaşlıqda maraqlı olduğunu bildirib. Makron isə onu Parisdə keçirilən ilk Beynəlxalq Kosmik Sammitdə iştirak etməyə dəvət etdiyinə görə təşəkkür edib.

Tərəflər regional proseslərə də toxunaraq sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Ermənistan tərəfinin yaydığı açıqlamada bununla bağlı əlavə təfərrüat açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.