“Microsoft” Suriyaya qayıda bilər: 50 min lisenziyalıq müqavilə yenidən gündəmdə

ABŞ-ın Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmasından sonra "Microsoft"-un ölkədə fəaliyyətini genişləndirməsi üçün hüquqi maneələr azalıb. Dəməşqin daha əvvəl 50 min proqram təminatı lisenziyası üçün apardığı danışıqların bərpası mümkün hesab olunur.

68

ABŞ-ın Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmasından sonra “Microsoft”un ölkədə fəaliyyətini genişləndirməsi və Dəməşqlə daha əvvəl baş tutmayan iri proqram təminatı müqaviləsi üzrə danışıqların yenidən başlaması üçün imkanlar yaranıb.

MSNews.az xəbər verir ki, ilin əvvəlində Suriya hakimiyyəti dövlət qurumları üçün təxminən 50 min proqram təminatı lisenziyasının alınması ilə bağlı “Microsoft”la danışıqlar aparıb. “Al-Monitor”un araşdırmasına istinad edən məlumatlara görə, razılaşma ABŞ-ın ixrac nəzarəti səbəbindən baş tutmayıb. Şirkət tələb olunan xüsusi ixrac icazəsinin alınması prosesinə getməyib və danışıqlar nəticəsiz qalıb.

Lakin hüquqi mühit son aylarda ciddi şəkildə dəyişib. ABŞ avqustun 24-də Suriyanın 1979-cu ildən qüvvədə olan “terrorizmi dəstəkləyən dövlət” statusunu rəsmi şəkildə ləğv edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, bununla həmin statusdan irəli gələn əlavə məhdudiyyətlər də aradan qaldırılıb. Vaşinqton bundan əvvəl Suriyaya qarşı geniş iqtisadi sanksiyaları ləğv etmiş, 2025-ci ilin sonunda isə “Sezar Aktı” qüvvədən düşmüşdü.

Al-Monitor” qeyd edir ki, terrorizmi dəstəkləyən dövlət statusu məhz texnologiya şirkətləri üçün əsas maneələrdən biri olaraq qalırdı: bir sıra proqram təminatı və avadanlıqların Suriyaya ixracı xüsusi icazə tələb edirdi. Statusun ləğvi bu istiqamətdə mühüm hüquqi baryeri aradan qaldırıb.

Dəməşq də beynəlxalq rəqəmsal platformaların ölkəyə qaytarılması üçün şirkətlərlə əlaqə saxladığını açıqlayıb. Suriya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bildirib ki, məhdudiyyətlərin aradan qaldırılmasının təsiri mərhələli olacaq, çünki ayrı-ayrı şirkətlər daxili uyğunluq və hüquqi prosedurlarını yeniləməlidirlər. “Əs-Səvrə”nin yaydığı nazirlik açıqlamasında qlobal texnologiya xidmətlərinin dərhal deyil, tədricən geri dönəcəyi vurğulanıb.

Prosesin ilk praktiki əlamətləri də görünməyə başlayıb. Sentyabrın 8-də “The Media Line” Suriyadakı bəzi istifadəçilərin illər sonra VPN olmadan Microsoft Store” xidmətinə daxil ola, tətbiqləri yükləyə və yeniləyə bildiklərini yazıb. Bununla belə, giriş hələ bütün istifadəçilər üçün eyni səviyyədə açılmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.