“Qarabağ” “Tvente”yə uduzdu – 12 illik seriya qırıldı

“Qarabağ” UEFA Konfrans Liqasının pley-offunda “Tvente”yə əlavə vaxtda 1:4 hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşıb. Ağdam klubunun ardıcıl 12 mövsümlük əsas mərhələ seriyası başa çatıb.

99

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna məğlub olaraq avrokuboklarla vidalaşıb.

MSNews.az xəbər verir ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən cavab qarşılaşması əlavə vaxtdan sonra “Tvente”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” ilk görüşdə Niderlandda 1:0 hesabı ilə qalib gəlsə də, iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə məğlub olub. Bu barədə “Report”“APA” məlumat yayıb.

Bakıda hesabı 59-cu dəqiqədə Kadi Borges açıb. Bununla “Qarabağ” ümumi hesabda üstünlüyünü 2:0-a çatdırıb. Lakin Marko Pyatsa 80-ci dəqiqədə hesabı bərabərləşdirib, Maks Bruns isə 90+2-ci dəqiqədə “Tvente”ni 2:1 önə çıxarıb. İlk oyundakı nəticə nəzərə alındığından ümumi hesab 2:2 olub və qarşılaşma əlavə vaxta gedib.

Əlavə vaxtda Vaut Veqhorst “Tvente”nin üçüncü qolunu vurub. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyub. Yunes Taha isə 114-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib – 1:4.

Beləliklə, “Tvente” UEFA Konfrans Liqasının liqa mərhələsinə yüksəlib, “Qarabağ” isə 2026/27 mövsümündə avrokuboklarda mübarizəni dayandırıb.

Bu nəticə Ağdam klubu üçün uzunmüddətli seriyanın da sonu olub. “Qarabağ” ardıcıl 12 mövsümdən sonra ilk dəfə UEFA turnirlərinin əsas mərhələsində iştirak etməyəcək. Maraqlıdır ki, klubun bu seriyası 2014-cü ildə məhz “Tvente”ni keçərək Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə başlamışdı.

Matçdan sonra Qurban Qurbanov rəqibi təbrik edib və komandasının hücum xəttində çatışmazlıqlar yaşadığını bildirib. Baş məşqçi futbolçuların meydanda mübarizə apardığını vurğulayaraq azarkeşlərə də dəstəyə görə təşəkkür edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.