Niko Uilyamsın ikiillik münasibətinin bitdiyi bildirilir

İspaniya millisinin və “Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsın Aynhi Qarsia ilə ikiillik münasibətinə son qoyduğu bildirilir. Cütlük ayrılıq barədə şəxsən açıqlama verməyib.

18

İspaniya millisinin və “Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsın Aynhi Qarsia ilə təxminən iki il davam edən münasibətinin sona çatdığı bildirilir.

MSNews.az xəbər verir ki, “AS” ispaniyalı jurnalist Xavi Hoyosa istinadən cütlüyün münasibətlərini qarşılıqlı anlaşma şəraitində bitirdiyini yazıb. Jurnalistin cütlüyün yaxın çevrəsindən əldə etdiyi məlumata görə, ayrılıqda xəyanət və ya üçüncü şəxslərin rolu olmayıb.

Niko Uilyams və Aynhi Qarsia 2024-cü ilin ortalarından birlikdə idilər. Onlar ayrılıq xəbərlərindən təxminən 10 gün əvvəl İspaniya millisinin 2026-cı il dünya çempionatındakı qələbəsini birlikdə qeyd etmişdilər. Qarsia futbolçunun iyulun 12-də keçirilən ad günü münasibətilə də sosial şəbəkədə romantik paylaşım etmişdi.

Ayrılıq barədə xəbərlər Uilyamsın İbizadakı yaxtada dostları və bir neçə qadınla birlikdə görüntülənməsindən sonra yayılıb. İspaniya mediası Qarsianın bundan sonra futbolçunu sosial şəbəkədə izləmədən çıxardığını və birlikdə çəkilmiş bəzi fotoları sildiyini bildirib. Bununla belə, həmin görüntülər xəyanət faktını təsdiqləmir və onların münasibətin bitməsindən əvvəl, yoxsa sonra çəkildiyi dəqiq açıqlanmayıb.

“HuffPost España” də cütlüyün ayrıldığını yazaraq qərarın üçüncü şəxslərlə bağlı olmadığını qeyd edib. “ARA” isə yaxın çevrəyə istinadən tərəflərin bir-birinə hörmətlə yanaşdığını və münasibətin sakit şəkildə başa çatdığını bildirib.

Digər məlumatlarda münasibətdə problemlərin dünya çempionatı başa çatmamışdan əvvəl başladığı və ayrılmaq qərarının turnirdən sonraya saxlanıldığı iddia olunur. Lakin nə Niko Uilyams, nə də Aynhi Qarsia ayrılığın səbəbi barədə ictimai açıqlama verib. Buna görə sosial şəbəkələrdə yayılan xəyanət iddiaları təsdiqlənmiş fakt kimi təqdim edilə bilməz.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31