“Qarabağ” UEFA Çempionlar Liqasının altıncı turunda“Ayaks”ı qəbul edəcək
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxacaq. Komanda Niderlandın “Ayaks” kollektivini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Görüş saat 21:45-də başlayacaq və “İTV” kanalı vasitəsilə canlı yayımlanacaq.
Hakimlər briqadası Sloveniyadandır:
-
Baş hakim: Rade Obrenoviç
-
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej
-
Dördüncü hakim: Mateo Tozan
-
VAR: Matey Yuq
-
AVAR: Alen Boroşak
“Qarabağ”ın Liqa mərhələsindəki çıxışı Azərbaycan futbolunun beynəlxalq arenadakı önəmli uğurlarından biridir. Bu qarşılaşma komandalar üçün turnir cədvəlində mühüm əhəmiyyət kəsb edir.