Ərdoğana sui-qəsd cəhdinin son qaçaq üzvü saxlanılıb

Türkiyədə 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan 37 nəfərlik qrupun son qaçaq üzvü B.K. Afyonkarahisarda saxlanılıb.

13

Türkiyədə 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan 37 nəfərlik qrupun son qaçaq üzvü saxlanılıb.

MSNews.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi helikopter pilotu, Silahlı Qüvvələrdən uzaqlaşdırılmış kapitan B.K.-nın avqustun 1-də Afyonkarahisarda keçirilən əməliyyat zamanı tutulduğunu açıqlayıb. Nazirliyin məlumatına əsasən, şübhəli 10 ilə yaxın müddətdə “qırmızı bülleten”lə axtarışda olub.

Əməliyyat Türkiyə Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Afyonkarahisar və Əskişəhər polis idarələrinin kəşfiyyat bölmələri, həmçinin Afyonkarahisar Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.

Rəsmi açıqlamada B.K.-nın Muğlanın Marmaris rayonunda Ərdoğanın qaldığı otelə hücum edən qrupun tərkibində olduğu və 37 nəfərlik dəstənin azadlıqda qalan son üzvü sayıldığı bildirilib. Onun “prezidentə sui-qəsd”, dövlət vəzifəsinin icrası ilə əlaqədar şəxsi öldürmə, Hərbi Cinayət Məcəlləsini pozma və silahlı şəkildə yaşayış yerini qarət etmə ittihamları üzrə axtarıldığı qeyd olunub.

“Anadolu Agentliyi” daha əvvəl saxlanılan şəxsin keçmiş kapitan Burkay Karatepe olduğunu bildirmişdi. Agentliyin məlumatına görə, 2016-cı ildə hücumdan sonra qrupun 36 üzvü tutulsa da, Karatepe qaçaraq gizlənə bilmişdi.

Araşdırmalar zamanı onun əvvəlcə Marmarisdən İzmirə, daha sonra isə yaxınlarından birinin köməyi ilə Əskişəhərə getdiyi müəyyənləşdirilmişdi. Sonrakı illərdə Karatepenin tapılması üçün xüsusi əməliyyat qrupu yaradılmış və barəsində beynəlxalq axtarış qərarı çıxarılmışdı.

“TRT Haber” Türkiyənin daxili işlər naziri Mustafa Çiftçiyə istinadən saxlanılan şəxsin Burkay Karatepe olduğunu yazıb. Nazir əməliyyatı həyata keçirən kəşfiyyat və terrorla mübarizə əməkdaşlarını təbrik edib.

B.K. saxlanıldıqdan sonra istintaq hərəkətlərinin davam etdirilməsi üçün polis nəzarətinə götürülüb.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31