DTX Naxçıvanda casusluqla məşğul olan şəxsi saxlayıb

DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Naxçıvan sakini Siyafət Fərzəliyev xarici xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda və dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.

171

DTX-nin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyafət Fərzəliyev barəsində dövlətə xəyanətə dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı müəyyən olunub ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici dövlətin ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanlarının nümayəndələri ilə maddi maraq qarşılığında gizli əməkdaşlığa girib.

O, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı ilə Naxçıvan şəhəri və Şahbuz rayonu ərazisində yerləşən hərbi və digər strateji obyektlərin videogörüntülərini çəkərək, bu materialları xarici xüsusi xidmət orqanlarının nümayəndələrinə ötürüb.

Bundan əlavə, Fərzəliyevin yaşadığı mənzildə aparılan axtarış zamanı “Kalaşnikov” tipli avtomatik silahın ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb.

Fərzəliyevə Cinayət Məcəlləsinin 228.1-ci (atıcı silahın, onun hissələrinin, sursatın, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi, verilməsi, satılması, saxlanması, daşınması və ya daşınması) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.