İlham Əliyev “John Deere” rəhbərliyi ilə əməkdaşlığı müzakirə edib

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib. Görüşdə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

11

MSNews.az xəbər verir ki, görüşdə şirkətin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin baş icraçı direktoru Çaba Leyko və “John Deere”nin MDB üzrə vitse-prezidenti Peter Zaksen iştirak ediblər. Bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatında bildirilib.

Söhbət zamanı Prezident İlham Əliyevin Çaba Leyko ilə ötən il Bakıda keçirdiyi görüş məmnunluqla xatırlanıb. Qonaqlar Azərbaycanda müşahidə etdikləri inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildiriblər.

Çaba Leyko “John Deere”nin Azərbaycandakı fəaliyyətinə toxunaraq, şirkətin ölkə ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə Azərbaycanın geniş kənd təsərrüfatı potensialına malik olduğu vurğulanıb, aqrar sektorda müasir texnologiyaların tətbiqi və dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri müzakirə edilib. Bu çərçivədə yeni qəbul edilmiş Dövlət Proqramının əhəmiyyəti də qeyd olunub.

Tərəflər Azərbaycanla “John Deere” arasında gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Prezident İlham Əliyev 2025-ci ilin dekabrında da Çaba Leyko ilə görüşmüşdü. Həmin görüşdə şirkətin Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı ilə bağlı təklif etdiyi layihə və aqrar əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdu. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.

“Trend” qeyd edir ki, 1837-ci ildə ABŞ-də yaradılmış “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik texnikasının aparıcı istehsalçılarından biridir. Şirkətin 30-dan çox ölkədə zavod və ofisləri fəaliyyət göstərir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.