FIFA U-15 Dünya Kuboku və Festivalı Azərbaycanda keçiriləcək

FIFA Şurasının Bürosunun qərarına əsasən, FIFA U-15 Dünya Kuboku və Festivalı 2026 Azərbaycanda keçiriləcək. Turnir 22–31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

10

Azərbaycan 15 yaşadək oğlan futbolçular arasında keçiriləcək ilk FIFA U-15 Dünya Kuboku və Festivalına ev sahibliyi edəcək.

MSNews.az xəbər verir ki, bu barədə FIFA rəsmi məlumat yayıb. FIFA Şurasının Bürosunun qərarına əsasən, FIFA U-15 Dünya Kuboku və Festivalı 2026 Azərbaycanda təşkil olunacaq.

Turnir 22–31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək. Yarışın ilk buraxılışı FIFA-ya üzv olan bütün assosiasiyaların 15 yaşadək oğlan komandaları üçün açıq olacaq.

FIFA-nın məlumatında qeyd olunur ki, qərar qəbul edilərkən Azərbaycanın yüksək səviyyəli idman və ümumi infrastrukturu nəzərə alınıb. Bildirilib ki, ölkə minlərlə uşaq futbolçunu və nümayəndə heyətlərini mərkəzləşdirilmiş formatda qəbul etmək imkanına malikdir.

AFFA isə turnirin Azərbaycanda keçirilməsini ölkənin dünya futbolundakı artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək bacarığının növbəti təsdiqi kimi qiymətləndirib.

FIFA U-15 turnirinin yaradılması barədə qərar 2025-ci ilin dekabrında FIFA Şurasının iclaslarından sonra elan olunmuşdu. FIFA bu addımı gənclər futbolunun inkişafı istiqamətində yeni mərhələ kimi təqdim edir.

Qeyd edək ki, Azərbaycan daha əvvəl FIFA U-20 Dünya Kuboku 2027-yə də ev sahibliyi edəcək ölkələrdən biri kimi müəyyənləşdirilib. FIFA U-15 Dünya Kuboku və Festivalının ilk buraxılışının Azərbaycanda keçirilməsi bu baxımdan strateji ardıcıllıq kimi dəyərləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti