Sabah TNS-i səfərdə məğlub edərək növbəti mərhələyə yüksəlib

Sabah UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “The New Saints” klubunu səfərdə 2:1, iki oyunun nəticəsinə görə isə 4:1 hesabı ilə məğlub edib.

13

MSNews.az xəbər verir ki, qarşılaşma İngiltərənin Osuэstri şəhərindəki “Park Hall” stadionunda keçirilib. “Sabah” iki oyunun nəticəsinə əsasən 4:1 hesablı üstünlük əldə edərək ikinci təsnifat mərhələsinə yüksəlib.

Azərbaycan təmsilçisi hesabı 28-ci dəqiqədə açıb. Aaron Maludanın ötürməsindən sonra Coy-Lens Mikels topu qapıya göndərib.

42-ci dəqiqədə isə Timoteuş Puçaçın ötürməsini Rahman Daşdəmirov qolla tamamlayaraq “Sabah”ın üstünlüyünü iki topa çatdırıb.

Meydan sahibləri yalnız 89-cu dəqiqədə qollardan birinin əvəzini çıxa biliblər. TNS-in heyətində Coş Lok fərqlənib. Qarşılaşma “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakıda keçirilmiş ilk görüşdə də “Sabah” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, Azərbaycan klubu hər iki qarşılaşmada qalib gəlib.

“Sabah” ikinci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə qarşılaşacaq. KuPS ilk görüşdə Şimali Makedoniya “Vardar”ını 2:0 hesabı ilə məğlub edib, cavab matçında əlavə vaxtdan sonra 2:3 hesabı ilə uduzsa da, ümumi nəticədə 4:3 hesablı üstünlüyünü qoruyub.

UEFA-nın təqviminə əsasən, ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 21–22-də, cavab qarşılaşmaları isə iyulun 28–29-da keçiriləcək.

 

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031