Azərbaycan Litvanı məğlub edərək qrup lideri oldu

Azərbaycan millisi UEFA Millətlər Liqasında Litvanı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybullayev vurub.

67

Azərbaycan milli futbol komandası UEFA Millətlər Liqasının qrup mərhələsində Litvanı 1:0 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.

MSNews.az xəbər verir ki, “D” Liqasının 2-ci qrupunda keçirilən qarşılaşmada yeganə qol 25-ci dəqiqədə vurulub. Abdulla Xaybullayev Tural Bayramovun ötürməsindən sonra rəqib qapısına yol taparaq millimizi hesabda önə keçirib.

Qarşılaşmanın ikinci hissəsində də hesab dəyişməyib və Azərbaycan yığması meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

Matçın diqqətçəkən epizodlarından biri ikinci hissədə yaşanıb. Xaybullayev ikinci sarı vərəqə ilə meydandan qovulsa da, VAR müdaxiləsindən sonra baş hakim qərarını dəyişib.

Bu nəticədən sonra Azərbaycan millisinin xallarının sayı 5-ə yüksəlib və komanda qrupda liderliyə qalxıb. Litvanın 4, Lixtenşteynin isə 1 xalı var.

Azərbaycan yığması Millətlər Liqasındakı növbəti oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.