Milonov Plüşenkonu “deqradasiyaya uğramış” və “fürsətçi” adlandırıb

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Yevgeni Plüşenkonu Rusiya idmanının geriləməsi barədə fikirlərinə və oğlunun Azərbaycanı təmsil etmək qərarına görə sərt tənqid edib.

14

MSNews.az xəbər verir ki, Milonov “Abzats” nəşrinə açıqlamasında Plüşenkonu “deqradasiyaya uğramış şəxs” və “fürsətçi” adlandırıb. Deputatın fikrincə, Rusiya idmanının vəziyyəti barədə Plüşenkonun açıqlamaları əsasında hökm vermək olmaz.

“Görünür, Yevgeni özü deqradasiyaya uğramış adamdır, ona görə də belə ifadələr işlədir. İnsanların əksəriyyətinin ona münasibəti birmənalıdır: o, fürsətçidir”, – Milonov bildirib.

Deputat Plüşenkonun Rusiyada daim yüksək diqqət və dəstək gördüyünü iddia edərək, onun oğlunun başqa ölkənin bayrağı altında çıxış etməsi qərarını Rusiyaya hörmətsizlik kimi qiymətləndirib. Bu fikirlər Milonovun şəxsi mövqeyidir.

Mübahisəyə Yevgeni Plüşenkonun oğlu Aleksandrın Azərbaycanı təmsil etməsi və Rusiya fiqurlu konkisürməsinin vəziyyəti barədə açıqlaması səbəb olub. Plüşenko “RTVI” nəşrinin yaydığı müsahibədə oğlunun Rusiyada idmançı kimi inkişaf etmək və beynəlxalq yarışlara çıxmaq imkanlarının məhdud olduğunu söyləyib.

Plüşenko bildirib ki, yalnız Rusiya daxilində keçirilən turnirlərdə iştirak idmançıların inkişafı üçün kifayət etmir:

“Onun həqiqətən dünya arenasında çıxış etməsi lazımdır. Bizdə burada geriləmə gedir. Kirova, Permə, Yekaterinburqa və Moskva vilayətinə getmək yaxşıdır, lakin bu, idmançılarımızın deqradasiyasıdır”, – Plüşenko deyib.

O, həmçinin Aleksandrın Rusiyada lazımi diqqəti görmədiyini və soyadı Plüşenko olmasaydı, çıxışlarının ümumiyyətlə maraq doğurmayacağını iddia edib. 13 yaşlı fiqurlu konkisürən sosial şəbəkələrdə “Qnom Qnomıç” ləqəbi ilə tanınır.

“Rusiya Fiqurlu Konkisürmə Federasiyası” Aleksandr Plüşenkonun Azərbaycan pasportu aldığını və valideynləri ilə birlikdə Azərbaycanı təmsil etmək qərarına gəldiyini rəsmən təsdiqləyib. Federasiya rəhbəri Anton Sixarulidze keçidin mövcud qaydalara uyğun olduğunu və idmançının heç bir normanı pozmadığını bildirib.

Sixarulidzenin sözlərinə görə, Aleksandr daha əvvəl beynəlxalq yarışlarda iştirak etməyib, Rusiya yığmasının üzvü olmayıb və son mövsümdə ümumrusiya yarışlarında fəal çıxış etməyib. Buna görə federasiya onun Azərbaycanı təmsil etməsinə icazə verib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.