Uruqvay – Səudiyyə Ərəbistanı matçı heç-heçə baş çatdı

FIFA Dünya Kubokunun "H" qrupunda Səudiyyə Ərəbistanı və Uruqvay milliləri 1:1 hesablı heç-heçə edib. Maksi Arauxo 80-ci dəqiqədə Uruqvayı məğlubiyyətdən xilas edib.

17

Uruqvay millisi Dünya Kubokundakı ilk oyununda Səudiyyə Ərəbistanı ilə heç-heçəyə razılaşıb.

MSNews.az xəbər verir ki, FIFA Dünya Kubokunun “H” qrupunda keçirilən Səudiyyə Ərəbistanı – Uruqvay qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın Mayami şəhərində keçirilib.

Səudiyyə Ərəbistanı 41-ci dəqiqədə hesabı açıb. Abdulelah Al-Amri qapıçı Fernando Musleranın səhvindən sonra yaranan epizoddan yararlanaraq komandasını önə keçirib.

Uruqvay ikinci hissədə təzyiqi artırıb və daha çox hücum edib. Marselo Byelsanın komandası bir neçə təhlükəli epizod yaratsa da, Səudiyyə Ərəbistanının müdafiəsi uzun müddət hesabı qorumağı bacarıb.

Uruqvay yalnız 80-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Maksi Arauxo qapıçı Mohammed Al-Ovaisin dəqiq oynaya bilmədiyi epizoddan sonra topu qapıya göndərib.

Matçın son dəqiqələrində Uruqvay qələbə qoluna yaxın olsa da, Səudiyyə Ərəbistanı qapıçısı Mohammed Al-Ovais bir neçə vacib müdaxilə ilə komandasını məğlubiyyətdən xilas edib.

Bu nəticə “H” qrupunda vəziyyəti daha da maraqlı edib. Daha əvvəl İspaniya və Kabo-Verde 0:0 hesablı heç-heçə etmişdi. Beləliklə, ilk turdan sonra qrupun bütün komandaları 1 xala malikdir.

Səudiyyə Ərəbistanı növbəti oyununu İspaniyaya, Uruqvay isə Kabo-Verdeyə qarşı keçirəcək.