Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə məğlub etdi

FIFA Dünya Kubokunun "E" qrupunda Kot-d’İvuar Ekvadoru 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 90-cı dəqiqədə Amad Diallo vurub.

16

Kot-d’İvuar millisi FIFA Dünya Kubokuna dramatik qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “E “qrupunun ilk turunda Kot-d’İvuar Ekvadoru 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma ABŞ-ın Filadelfiya şəhərində keçirilib.

Matçın taleyini 90-cı dəqiqədə vurulan qol həll edib. Meydana sonradan daxil olan Amad Diallo dəqiq zərbə ilə Kot-d’İvuara vacib qələbə qazandırıb. Ekvador oyunun gedişində bir neçə təhlükəli epizod yaratsa da, fürsətlərdən istifadə edə bilməyib. Ekvador futbolçuları ilk hissədə iki dəfə topu qapı dirəyinə vurublar.

Kot-d’İvuar isə görüşün son bölümündə təzyiqi artırıb və bunun nəticəsində qələbə qoluna nail olub. Amad Diallonun qolu Afrika təmsilçisinə turnirə 3 xalla başlamaq imkanı verib.

Kot-d’İvuarın heyətində Frank Kessie kapitan kimi meydana çıxıb, Amad Diallo isə matça ehtiyat oyunçular skamyasında başlayıb.

Bu nəticədən sonra Kot-d’İvuar E qrupunda 3 xal toplayıb. Qrupun digər oyununda Almaniya Kürasaonu 7:1 hesabı ilə məğlub edib.