Ermənistanda “Güclü Ermənistan”ın 6 namizədi barədə cinayət təqibinə icazə verildi

Ermənistan Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan 6 nəfər barəsində cinayət təqibinə və azadlıqdan məhrumetmə tədbirinə razılıq verib.

17

Ermənistan Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan 6 nəfər barəsində cinayət təqibinə və onların azadlıqdan məhrum edilməsinə razılıq verib.

MSNews.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının iyunun 6-da qəbul etdiyi qərarlarda qeyd olunub. Qərarlar Ermənistan Milli Assambleyasına 7 iyun 2026-cı il seçkiləri ərəfəsində qəbul edilib.

OC Media”nin məlumatına görə, söhbət “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan Hayk Avaqyan, Sasun Badoyan, Artur Abrahamyan, Vahe Tavakalyan, Vahe YeghiazaryanAşot Sahakyandan gedir. Ermənistan mediasında həmin şəxslər barəsində saxlanılma qərarı verildiyi bildirilir.

Caucasian Knot” yazır ki, namizədlər seçicilərin ələ alınması və xüsusilə külli miqdarda pul yuyulması ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində keçir. Nəşrin məlumatına görə, Ermənistan İstintaq Komitəsi həmin şəxslərin saxlanılması barədə qərar qəbul edib və qərarın icrası polisə həvalə olunub.

Reuters” agentliyi də Ermənistan hakimiyyətinin parlament seçkilərindən bir gün əvvəl “Güclü Ermənistan” blokundan 6 namizədi saxladığını yazıb. Agentlik qeyd edir ki, blok Rusiyada sərvət qazanmış erməni əsilli iş adamı Samvel Karapetyanla əlaqələndirilir. Karapetyan hazırda hökuməti devirməyə çağırış ittihamı ilə ev dustaqlığındadır, lakin o, ittihamları siyasi motivli hesab edir.

İş çərçivəsində daha əvvəl Samvel Karapetyanın yaxın tərəfdarlarından biri kimi təqdim olunan Alik Aleksanyanın da həbs edildiyi bildirilir. “Caucasian Knot”un məlumatına görə, Aleksanyan Samvel Karapetyanın siyasi maraqları naminə seçicilərə rüşvət verilməsi və pul yuyulması üzrə şübhəli bilinir.

Seçkiönü proseslər fonunda “Güclü Ermənistan” ətrafında hüquqi və siyasi gərginlik artıb. “Reuters” yazır ki, bundan əvvəl Ermənistan MSK “Güclü Ermənistan” blokunun seçkilərdən kənarlaşdırılması ilə bağlı müraciəti rədd etmişdi. Blok isə ona qarşı irəli sürülən ittihamları rədd edir və seçkidə iştirakını davam etdirəcəyini bildirir.

Armenpress”in məlumatına görə, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilir. Seçkilərdə 18 siyasi qüvvə — 16 partiya və 2 blok iştirak edir. Ölkə üzrə 2 005 seçki məntəqəsi yaradılıb, səsvermədə 2 milyon 485 min 851 seçici iştirak hüququna malikdir.