Kim Çen In qızı ilə “Kang Kon” esminesinin sınaqlarını izləyib

Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə “Kang Kon” esminesinin dəniz sınaqlarında iştirak edib. KXDR mediası gəminin döyüş qabiliyyətinin yoxlandığını bildirib.

19

Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə “Kang Kon” esminesinin dəniz sınaqlarını izləyib.

MSNews.az xəbər verir ki, “Reuters”in KXDR dövlət mediasına istinadən yaydığı məlumata görə, Kim Çen In iyunun 4-də “Kang Kon” gəmisində aparılan naviqasiya və döyüş hazırlığı sınaqlarına nəzarət edib. “Rodong Sinmun”un məlumatında Şimali Koreya liderinin “Kang Kon” və “Choe Hyon” adlı 5 min tonluq hərbi gəmilərin mümkün qədər tez döyüş heyətinə qəbul edilməsini tapşırdığı bildirilib.

“Associated Press” yazır ki, KXDR Mərkəzi Teleqraf Agentliyinin yaydığı fotolarda Kim Çen Inın qızı da onun yanında görünür. Müstəqil jurnalistlər tədbirə buraxılmadığı üçün görüntülərin məzmununun müstəqil şəkildə yoxlanılması mümkün olmayıb. Qızın Kim Ju Ae olduğu güman edilir və onun son illərdə rəsmi hərbi tədbirlərdə tez-tez görünməsi beynəlxalq müşahidəçilərin diqqətini çəkir.

Məlumata görə, Kim Çen In sınaqlar zamanı Şimali Koreya donanmasının modernləşdirilməsinin vacibliyini vurğulayıb. “Al Jazeera” yazır ki, KXDR lideri 10 min tonluq yeni esmineslərin inşası və “gizli sualtı silahlar”ın hazırlanması planlarından danışıb.

“Kang Kon” Şimali Koreyanın son illərdə təqdim etdiyi iri hərbi gəmilərdən biridir. “Reuters”in məlumatına görə, gəmi 2025-ci ilin mayında Çonçjin limanında suya buraxılarkən qismən aşmış və ciddi nasazlıq yaranmışdı. Daha sonra gəmi təmir edilərək yenidən istifadəyə hazırlanıb və “Kang Kon” adı ilə təqdim olunub.

“Associated Press” qeyd edir ki, KXDR mediası bu tip gəmilərin zenit, gəmi əleyhinə sistemlər, həmçinin nüvə başlığı daşıya bilən ballistik və qanadlı raketlərlə təchiz oluna biləcəyini bildirir. Bununla belə, xarici ekspertlər “Kang Kon”un real döyüş hazırlığı və tam əməliyyat qabiliyyəti barədə ehtiyatlı mövqe sərgiləyirlər.

Hadisə Çin lideri Si Cinpinin Şimali Koreyaya səfəri ərəfəsində baş verib. Analitiklər hesab edirlər ki, Pxenyan bu nümayişlə həm hərbi potensialını göstərməyə, həm də regional tərəfdaşlarına donanma və nüvə imkanlarını inkişaf etdirmək niyyətini nümayiş etdirməyə çalışır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930