Smolov ÇL finalına 1 milyon rubl məbləğində mərc edib

Fyodor Smolov Çempionlar Liqasının PSJ – “Arsenal” finalında London klubunun əsas vaxtda qol vurmayacağına 1 milyon rubl mərc edib.

28

Rusiyalı sabiq futbolçu Fyodor Smolov UEFA Çempionlar Liqasının PSJ – “Arsenal” finalı ilə bağlı böyük məbləğdə mərc edib.

“Sports.ru” yazır ki, keçmiş “Krasnodar” və “Dinamo” hücumçusu “Arsenal”ın PSJ-yə əsas vaxtda qol vurmayacağına 1 milyon rubl qoyub. Mərcin əmsalı 3.01-dir. Bu halda Smolovun mümkün qazancı 3 milyon 10 min rubl təşkil edə bilər.

Smolov qərarını sosial şəbəkədə paylaşaraq əvvəlki uğursuz mərcinə işarə edib. O bildirib ki, “Barselona” ilə bağlı uduzduğu mərcdən sonra “özünü sığortalamaq” istəyib və PSJ-nin qapıçısı Matvey Safonovun finalda qol buraxmayacağına inandığını deyib.

“Sport Mail” də Smolovun eyni fikirlərini yayıb. Məlumata görə, sabiq futbolçu “Arsenal”ın əsas vaxtda qol vurmayacağını düşünür və PSJ-nin kuboku qazanacağına inanır. O, PSJ-yə azarkeşlik etməsini Paris klubunda Matvey Safonov və Xviça Kvaratsxeliyanın çıxış etməsi ilə əlaqələndirib.

Bu, Smolovun Çempionlar Liqası ilə bağlı son aylarda etdiyi ilk iri mərc deyil. “Çempionat” yazır ki, o, daha əvvəl “Barselona”nın yarımfinala yüksələcəyinə 1 milyon rubl mərc etmişdi, lakin Kataloniya klubu “Atletiko Madrid” səddini keçə bilmədiyi üçün həmin məbləği uduzmuşdu.

“Lenta.ru”un məlumatına görə, Smolov həmin mərcdə 3,45 əmsalla oynayıb və uğurlu nəticə olsaydı, 3,45 milyon rubl qazana bilərdi. Lakin “Barselona” cavab oyununda qalib gəlsə də, iki görüşün yekununa görə mübarizəni dayandırıb.

Beləliklə, Smolov bu dəfə Çempionlar Liqasının finalında PSJ-nin qapısını toxunulmaz saxlayacağına ümid edir. Bununla belə, futbolçunun paylaşımı daha çox sosial media və bukmeker kontenti kimi qiymətləndirilir.